Soltan Soltanli
irrealist artist

EN

About Soltan Soltanli

 

Soltan Soltanlı haqqında

AZ

 

Soltan Galib oglu Soltanli was born in 1976 in the family of teacher in Kalva village of Agsu region of Azerbaijan Republic. He began to paint in his childhood. In his adolescence the wish of being painter became much stronger. That is why in 1991 Soltan came to Baku to enter the Azerbaijan State School of Arts named after Azim Azimzade, but he failed. Returning to the village and continuing his education there Soltan got attached to the painting very much, he increased his contacts with the nature and tried to feel the nature profoundly.
Soltan’s father Galib was against to his son’s wish. Galib thought that painters were poor and painting was not a good profession. That is why Soltan painted his paintings secretly. He understood that not leaving the village he wouldn’t reach his wishes. He had only a way to come to Baku in order get high education. He had also a great interest to the literature. So in 1993 Soltan entered the philology faculty of Azerbaijan State Pedagogical University and graduated it in 1997. During 1997-2000 years he got the magister degree according to the linguistics of that university.
Coming to Baku Soltan got interested in painting very much, he went to the exhibitions and visited the famous painters’ and sculptors’ studios, wrote articles about them and always wanted to learn. His intention was decisive: to enter the School of Arts!
Soltan had enough information about the art. He carried out the generalizations about the painters’ activity and tried to explain their works to himself. Though the color mastership of the painters admired the young Soltan but their themes didn’t ensure him. According to Soltan’s thought the activity of all painters he had seen looked like to one another. But it gave anxiety to him: why were all painters’ activities alike? Soltan came to the conclusion that studying the same school, getting the education from the same teachers brought to the alike results. In that case was it necessary to get the education of art?! Of course not…
In order to get the painting education Soltan went to the lectures at Azerbaijan State Art School named after Azim Azimzade and saw the deficiency of the traditional education for the activity in his dreams, then he decided not to get the painting education decisively. His goal was to become a different painter. Who and where would teach him that difference? That is why he preferred to study himself.
So Soltan wanted to create his style. He wished to become a sensible and amazing painter sourcing from the deep layers of the human intellect, surrounding the philosophical, thinking and the eternal ideas.
The question “How to become difference?” interested him very much. In order to get the answer of this question he began to read very much, studied Azerbaijan painting art and found the main point: in existing period Azerbaijan painting was deprived from the thinking, philosophy, the thought had no clear, correct, philosophical expression. Azerbaijan literature and mugham having the great tradition is more philosophical than the Azerbaijan painting. It means one can create such philosophical thinking in painting.
After all these Soltan came to the conclusion that painting was not only the description art, mainly, it was the art of thinking. The painter understood that when the art expressed the reality it was superficial and transitory. That is why the art must learn the eternal themes and create its everlasting maintenance. And this activity had to be far from the misunderstanding now addressed by many people.
The paintings by Soltan are the mature examples of the modern art and painting. In these works one can see the deep theme layers. He tries to reveal the theme to the audience completely and considers it his duty. According to his thought if the work is not clear to the painter-creator then it is also not clear to the audience. In short, the painter not having the clear thought can’t create the unquestionable work! The painter must paint the most philosophical work so easily that the audiences can understand it without difficulty.
The intellect and philosophy are the main peculiarities for Soltan’s activity. The painter not accepting any misunderstanding as “deep”, “philosophical” doesn’t want to deceive the audience, he tries to enlarge the dream world of the humanity with his works and to show the essence of the real world.
Soltan believes his fantasy and in his paintings creates the faith in the audience. These descriptions are unreal. That is why he names his works “irreal” and for the first time has brought this term to the art painting. “Irreal” is unreal thing. But the unreal thing presented by the art is the real! But where can one see it? Only in the thought, thinking, dream, essence! It means the world doesn’t consist of only reality; it also consists of the deep, philosophical unreality. So the main aim of the unrealism movement belonging to him is the deep intellectual, philosophical, logical opinion and the approach. According to his thought unrealism is to create the unreal thing.
Soltan is also a graphic and a caricaturist. The exhibitions have been held in the country and in abroad, the books have been published. Soltan has won prizes in many exhibitions and expositions, his works have taken part in many international catalogues. His works are kept in museums and private collections in different countries.
Soltan lives in Baku. He is married and has two children.
 

Soltan Qalib oğlu Soltanlı 1976-cı ildə Azərbaycan Respublikasının Ağsu bölgəsinin Kalva kəndində müəllim ailəsində doğulub. O, uşaqlıqdan rəsm çəkməyə başlayıb. Yeniyetməlik çağlarında rəssam olmaq həvəsi onda daha da güclənir. Bu məqsədlə o, 1991-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gəlir və istəyi baş tutmur. Bundan sonra kəndə qayıdan və orta təhsilini davam etdirən Soltan rəssamlığa daha da bağlanır, təbiətlə təmaslarını artırır, onu dərindən duymağa çalışır.
Qalib müəllim oğlunun rəsmlə məşğul olmasına qarşı çıxırdı. Deyirdi ki, rəssamlar yoxsul olurlar, özünə sənət tap. Ona görə Soltan rəsmlərini gizlin çəkirdi. O anlayırdı ki, kənddən çıxmayınca istəyinə çata bilməyəcək. Ona görə tək yol ali təhsil almaq üçün Bakıya gəlmək idi. Onun ədəbiyyata da böyük marağı vardı. Beləliklə, 1993-cü ildə o, Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə qəbul olunur, 1997-ci ildə oranı bitirir. 1997-2000-ci illərdə isə həmin universitetin dilçilik üzrə magistraturasında oxuyur.
Soltan Bakıya gəldikdən sonra rəssamlıqla daha dərindən maraqlanır, sərgi salonlarına gedir, tanınmış rəssam və heykəltəraşların emalatxanalarında olur, onlar haqqında məqalələr yazır, daim öyrənməyə çalışırdı. Onun fikri qəti idi: universitet təhsilini yarımçıq qoyub rəssamlıq məktəbinə getmək!
İndi artıq onun rəssamlıq haqqında yetərincə bilgisi vardı. O, rəssamların yaradıcılığı haqqında ümumiləşdirmələr aparır, onların əsərlərini özü üçün izah etməyə çalışırdı. Gənc Soltanı tanış olduğu rəssamların rəng ustalığı heyran etsə də, onların mövzuları təmin etmirdi. Onun nəzərincə, gördüyü rəssamların hamısının yaradıcılığı haradasa bir-birinə oxşayırdı. Bu isə onu düşündürürdü: niyə rəssamların yaradıcılıqları bir-birinə bənzəyir? Soltan belə düşüncəyə gəlir ki, bütün rəssamların bir məktəbdən keçməsi, eyni müəllimlərdən dərs alması, eyni şeyləri öyrənməsi sonda onların bir-birinə bənzəməsinə gətirib çıxarır. Belə olan halda rəssamlıq təhsili almağa gərək varmı?
1995-ci ildə Soltan qəbul olmaq istədiyi Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə öyrənmək məqsədilə dərslərə gedir və oradakı ənənəvi təhsilin xəyallarındakı yaradıcılıq üçün yetərsizliyini görür, onda qəti olaraq rəssamlıq təhsili almamaq düşüncəsi yaranır. Onun məqsədi fərqli rəssam olmaq idi. Bu fərqliliyi ona hansı məktəbdə hansı müəllim öyrədəcəkdi? Ona görə o, özündən öyrənməyə üstünlük verir.
Beləliklə, Soltan öz üslubunu yaratmaq istəyirdi. Onun istədiyi rəssamlıq insan idrakının dərin qatlarından qaynaqlanan, daha çox fəlsəfi, düşündürücü, əbədi ideyaları əhatə edən, duyğusal, heyrətli rəssamlıq olmalı idi.
“Bəs necə fərqli olmaq?” sualı onu çox düşündürdü. Bu sualın cavabını tapmaq üçün o, geniş mütaliəyə başlayır, Azərbaycan rəssamlığını öyrənir, çatışmayan başlıca nöqtəni tapır: mövcud olduğu müddətdə Azərbaycan rəssamlığı düşüncədən, fəlsəfədən məhrum olub, fikrin dəqiq, aydın, fəlsəfi ifadəsi olmayıb. Böyük ənənəsi olan Azərbaycan ədəbiyyatı, muğamı daha fəlsəfidir. Demək, belə fəlsəfiliyi rəssamlıqda da yaratmaq olar.
Bütün bunlardan sonra Soltan o düşüncəyə gəlir ki, rəssamlıq təkcə təsvir sənəti deyil, o ən başlıcası, düşüncə sənətidir. Rəssam anlayırdı ki, sənət gerçəkliyi əks etdirəndə gerçəkliyin özü kimi ötəri və ölümlü olur. Ona görə sənət əbədi mövzulara baş vurmalı, özünün əbədi qalmaq təminatını yaratmalıdır. Həm də bu yaradıcılıq indi çoxlarının üz tutduğu anlaşılmazlıqdan uzaq olmalıydı.
Soltanın çəkdikləri çağdaş incəsənətin, rəssamlığın yetkin örnəkləridir. Bu əsərlərdə dərin məzmun qatları var. O, mövzunu tamaşaçı üçün bütünlüklə açmağa çalışır, bunu özünün borcu sayır. Onun fikrincə, əsər rəssama – yaradıcıya aydın deyilsə, tamaşaçıya yerli-dibli aydın deyil. Bir sözlə, aydın düşüncəsi olmayan rəssam aydın əsər yarada bilməz! Gərək rəssam ən dərin fəlsəfi əsəri elə sadə çəksin ki, tamaşaçı onu dərk etməkdə çətinliyə düşməsin.
Soltanın yaradıcılığı üçün idrakilik və fəlsəfilik başlıca özəllikdir. Çağımızda hər sayaq anlaşılmazlığın “dərin”, “fəlsəfi” sayılmasını qəbul etməyən rəssam tamaşaçını aldatmaq istəmir, əsərlərilə insanların xəyal dünyasını genişləndirməyə, gerçək dünyanın mahiyyəti göstərməyə çalışır.
O, fantaziyalarına inanır və təsvir etdiyi hadisələrin gerçəkdən ola biləcəyinə tamaşaçıda inam yaradır. Bu təsvirlər qeyri-realdır. Ona görə, o, öz əsərlərini “irreal” adlandırır və ilk dəfə olaraq bu termini rəssamlığa gətirir. İrreal – gerçək olmayandır. Sənətin təqdim etdiyi irreallıq isə əslində olandır! Bəs harada? Yalnız düşüncədə, xəyalda, mahiyyətdə! Demək, dünya təkcə reallıqdan – gerçəklikdən ibarət deyil, o həm də dərin, fəlsəfi irreallıqdan ibarətdir. Beləliklə, onun mənsub olduğu, yaranması üçün çalışdığı irrealizm cərəyanının əsas məqsədi dünyaya, həyata dərin idraki, fəlsəfi və məntiqi baxış, yanaşmadır. Onun fikrincə, irrealizm – gerçəkdə olmayanı yaratmaqdır.
Soltan həm də qrafik və karikaturaçıdır. Bununla bağlı onun ölkədə və yurd dışında sərgiləri keçirilib, kitabları çap olunub. Beynəlxalq müsabiqələrin qalib və mükafatçısı, sərgilərin iştirakçısı olan rəssamın əsərləri çoxlu beynəlxalq kataloqlarda yer alıb. Əsərləri müxtəlif ölkələrdəki muzeylərdə və özəl kolleksiyalarda saxlanılır.
Bakı şəhərində yaşayır. Ailəlidir, iki övladı var.

 

       
© Soltan Soltanli (2017)